Azərbaycan üçün “arzuolunmaz şəxslər” SİYAHISI

08.07.2015 - 00:13

xinBu günlərdə qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazisinə – Dağlıq Qarabağa gedən rusiyalı milyonçu German Sterliqov Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər siyahısı”na daxil edilib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu, adı son bir həftədə Azərbaycan XİN-in “qara siyahısı”na düşən ikinci rusiyalıdır. Bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın tanınmış opera müğənnisi Lyubov Kazarnovskayanı da Qarabağa icazəsiz səfər etdiyinə görə “qara siyahı”ya salıb. Onların hər iksi işğal bölgəsinə icazəsiz səfər etməklə yanaşı, Azərbaycanın sərhədlər haqqında qanunvericiliyini də pozub, Ermənistanın Azərbaycana qarşı aqressiv işğalına haqq qazandırıblar.

Hazırda “arzuolunmaz şəxslər siyahısı”da 470-dən çox əcnəbinin adı var.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə “persona non qrata” elan edilmiş şəxslərin siyahısında xeyli tanınmış əcnəbi yer alır. Azərbaycana gəlişi yasaqlanan bu şəxslər arasında müxtəlif ölkələrdən olan siyasətçilərlə yanaşı, şair, yazıçı, heykəltəraş, musiqçi, jurnalist də var.

Xarici İşlər Nazirliyi “qara siyahı” sonuncu dəfə 12.06.2015-ci il tarixində yeniləmişdi. Amma German Sterliqov və Lyubov Kazarnovskayanın Qarabağa qanunsuz səfəri nazirliyi “arzuolunmaz şəxslər siyahısı”na yenidən baxmağa məcbur etdi.

Yeri gəlmişkən, XİN-in “qara siyahısı”nda yer alan ən çox əcnəbi Rusiya Federasiyasının vətəndaşlarıdır. Azərbaycanın digər qonşuları – İran, Gürcüstan və Türkiyədən də “arzuolunmaz şəxslər” var…

Azərbaycan üçün “persona non qrata” elan edilmiş şəxslərin siyahısı burda

Short URL: http://www.cumhuriyyet.net/?p=27774

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728