İcra başçısı “Bandotdel”ə çağrılıb: Vilyam Hacıyev “kişi sözü” verib

08.07.2015 - 12:18

vilyamİmişli rayonu icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə bağlı şikayət daxil olub. Cumhuriyyet.az xəbər verir ki, moderator.az saytına müraciət edən Cavanşir Əsgərov adlı sahibkarın dediyinə görə, iki ildən artıqdır Vilyam Hacıyevlə çəkişməsindən sonra bu günlərdə prezident İlham Əliyevin ictimai nəzarətin əhəmiyyətindən danışmasından ürəklənərək üzləşdiyi problemi ictimsiləşdirməklə müvafiq qurumların diqqətinə çatdırmaq istəyir.

Cavanşir Əsgərovun başına gələn, daha doğrusu, Vilyam Hacıyev tərəfindən gətirilən əhvalatın qısa məzmunu belədir ki, o rayona yenicə icra başçısı təyin olunan V. Hacıyevin şirin dilinə, özü demişkən, verdiyi kişi sözünə aldanaraq şifahi razılaşma əsasında rayonun abadlıq-quruculuq işlərinə girişib, həm işçi qüvvəsi, həm mal – materialla ona həvalə olunmuş işləri can – başla görüb. Buna görə dəfələrlə təşəkkür edilib və görülən işlərin xeyli hissəsinin də pulu ödənilib. Yəni sənədlərdən də göründüyü kimi onun gördüyü işlər 54 min manat qiymətləndirilib və bunun 30 min manatı müxtəlif dövrlərdə ödənib. Bunu təsdiq edən sənədlər və icra hakimiyyətinin bir neçə işçisinin imzaları da var. Amma elə ki, 2013 – cü ildə prezident İlham Əliyev rayona gedərək abadlıq – quruculuq işləriylə tanış olub, ondan sonra Vilyam Hacıyev ümumiyyətlə rayonda abadlıq işlərinə cəlb edilmiş bütün iş adamlarına çatası pulları verməkdən boyun qaçırıb. Nəticədə çoxsaylı şifahi və yazılı mübahisələr, məhkəmə çəkişmələri, icra başçısının “Bandotdel”ə gələrək sahibkarlarla üzləşməsindən sonra bir həftə ərzində pulların ödənəciyiylə bağlı kişi sözü verməsinə baxmayaraq pullar ödənməyib.

Sayt qarşı tərəfin mövqeyini öyrənmək üçün icra başçısının mobil nömrəsinə zəng edib. Telefonu başçının özü yox, köməkçisi götürərək Cavanşir Əsgərov adlı işçi tanımadıqlarını, ümumiyyətlə onunla hər hansı şifahi və ya yazılı razılaşma və ya müqavilə imzalanmadığını bildirib. Lakin, jurnalist bununla bağlı əllərində konkret sənədlər olduğunu dedikdə , başçının köməkçisi “bizdən narazıdırsa məhkəməyə müraciət etsin” cavabını verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27823

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728