Kosmosda qorxulu kəşf: milyardlarla günəş udula bilər

08.07.2015 - 12:23

rrKosmosda daha əvvəllər qaz və toz buludu olduğu hesab edilən bölgədə milyardlarla günəşi uda biləcək böyüklükdə 5 nəhəng qara dəlik aşkar edilib. Publika.az xarici mediaya istinadən xəbər verir ki, astronomların “çox böyük və qorxulu” adlandırdıqları 5 qara dəlik Amerika Milli Kosmik Agentliyininin (NASA) Nüvə Spektroskopik (NUSTAR) kosmik teleskopu tərəfindən aşkarlanıb.

Teleskop göy cisimlərinin yerini qara dəliklərdən gələn yüksək x-ray enerjisi ilə təyin edib. Hansı məsafədə olduğu hələ aydın olmayan qara dəliklər qalın toz və qaz təbəqəsinin arxasında olduğu üçün digər teleskoplar tərəfindən aşkarlanmayıb.

Araşdırmalara görə, “böyük kütləli qara dəlik” adlandırılan bu göy cisimlərinin böyük kütləsi ətrafındakı qazı, ulduzu, planeti və işığı çəkərək udmasına imkan verir. Qara dəliklərin mərkəzində nə olduğu hələ məlum deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=27826

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728