Bakıda evə çağrılan həkimin boğazına bıçaq dirədilər – VİDEO

09.07.2015 - 02:21

hekim4Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Sahə adlanan ərazisində 10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyevanın boğazına bıçaq dirənilib. Çağırış zamanı əraziyə gedən həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərib. Bu zaman xəstənin oğlu həkimlərin gec gəldiyini deyərək həkimin boğazına bir neçə dəfə bıçaq dirəyib və kəsəcəyilə hədələyib.

Hadisə barədə həkimlər polisə müraciət ediblər və təcili tibbi yardım maşını ilə stansiyaya qayıdıblar. Məlumatda bildirilir ki, həkimi hədələyən şəxs həkim briqadasının dalınca gələrək yenidən hədə-qorxu gəlib. Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkimi Rauf Nağıyev baş vermiş hadisəyə aydınlıq gətirib: “Təcili tibbi yardım zamanı bu cür hallara tez-tez rast gəlinməsə də təssüf ki, belə hallar baş verir. Faktla bağlı Səhiyyə Nazirliyinin rəhbərliyi, Daxili İşlər Nazirliyinə rəsmi şəkildə müraciət edib. Çağrışın stansiyaya daxil olması və briqadanın ünvana çatması 15-20 dəqiqə vaxt alır. Xəstənin adamlarına bu müddət bir qədər uzun gəlir. Tutaq ki, gecikmə halı baş veribsə belə həkimə güc tətbiq etmək qanunla yol verilməzdir”.

Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsinində araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27872

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031