“2 nəfəri bıçaqladı, dəli oldu?!”

14.07.2015 - 10:43

bicaq1Ana baş prokurora müraciət edərək övladının qanının batırılmasına imkan verilməməsini xahiş edir

“Bu adamlar bizim uşaqlarımızın qanını çörəyə batırıb yeyirlər, qanını batırırlar”. Bu sözləri redaksiyamıza müraciət edən Bülbülə qəsəbə sakini Mahirə Heydərova deyib. Onun sözlərinə görə, 2014-cü il sentyabrın 24-də Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən İmamzadə məscidinin yaxınlığında Nazim Nəsirov Ülvi Musayev və onun oğlu Zaur Heydərova bıçaqla xəsarət yetirib: “Ülvi mənim oğlumun dostudur.

Onlar həmin gün oğlumla həyat yoldaşımın qəbrini ziyarət etməyə gediblər. Qayıdandan isə Nazim onların qarşısını kəsib, Ülvini bıçaqlayıb. Ülvi yerə yıxılıb. Oğlum onları aralamaq istəyəndə Nazim ona da bir necə bıçaq vurub və hər zərbə zamanı bıçağı burub ki, uşaqlar ölsünlər. Mənim oğlumu həkimlər 2 dəfə əməliyyat ediblər, böyrəyini çıxarıblar, bağırsağını kəsib götürüblər, ciyərinin yarısını götürüb tikiblər. İndi də Nazimi açıb buraxmağa hazırlaşırlar, o da içəridən xəbər göndərir ki, çıxıb 2-ni də öldürəcəyəm”.

M.Heydərova deyir ki, N.Nəsirovla oğlunun və onun dostunun heç bir ciddi konfliktləri olmayıb. Sadəcə, Ü.Musayev N.Nəsirova söz verdiyi bir cüt heyvanın balasını verə bilməyib və bunun üstündə belə bir xoşagəlməz olay yaşanıb: “Nazimi 4 ay Şüvəlandakı istintaq təcridxanasında saxladılar. 22 yanvar 2015-ci il tarixdə isə Suraxanı Rayon Məhkəməsinin hakimi Natavan Tağıyeva onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdi. Hakim qərarda yazır ki, təhlükəsizlik tədbiri kimi 1 ay müddətinə, yəni 26.01.2015-ci ildən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının stationar şöbəsinə yerləşdirilsin. Nə baş verdi, nə oldu ki, belə qərar verildi?

Yazırlar ki, guya Nazim Nəsirov əsgərlikdə olanda qəzaya düşüb, bundan sonra psixikasında problem yaranıb. Bu adam əsgərlikdən 2006-cı ildə gəlib, əgər problemi vardısa, niyə 9 il ərzində müalicəyə göndərilməyib? Üstəlik, Nazim Nəsirov əsgərlikdən gələndən sonra qonşusu İmanı da bıçaqla vurub. Gedib 4-5 il yatıb gəlib. Hamı bilir ki, onu azadlığa buraxmaq üçün dəlixanaya salıblar. Onu oradan azad edəcəklər, o da gəlib bizi öldürəcək. Bizim başımıza bir iş gəlsə, bunun günahı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovdadır. O, məhkəmədə biz zərərçəkənlərə danışmağa belə imkan vermədi. İş hazırda Bakı Apelyasiya Məhkəməsindədir. İşə hakim Faiq Qasımov baxır. Biz bu işin yenidən araşdırılmasını tələb edirik. Baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova müraciət edirik, vəkil tutmağa belə imkanımız yoxdur, bu işi ibtidai istintaqa qaytarın, yenidən araşdırılmasına göstəriş verin. Ümidimiz sizlərədir”.(musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28144

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031