Göyçayda 12 ha nar bağı və 15 ha taxıl sahəsi yandı

14.07.2015 - 11:09

102191_res_01Göyçay rayonunun Qarayazı və Bığır kəndləri ərazisində baş verən yanğın sahəsi genişlənib.

APA-nın xəbərinə görə iyulun 13-ü axşam saatlarından başlayaraq dağlıq ərazidə baş verən yanğın qısa müddətdə geniş ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğının qarşısının alınması və alovun yaxınlıqdakı mal-qara fermasına, evlərə, kafelərə ziyan vurmaması üçün qabaqlayıcı tədbirlər görülüb. Havanın qaranlıq və küləkli olması, ərazinin dağlıq və kol-koslu olması yanğınsöndürənlərin işinə mane olsa da yanğının genişlənməsinin qarşısı alınıb.

Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə Bığır və Qarayazı kəndləri ərazisində vətəndaşlara məxsus nar bağlarında və taxıl sahələrində 3 gündür ki, fasilələrlə yanğınlar baş verir.

Yanğınsöndürənlər alovun qarşısını alaraq yanğını tamamilə söndürsələr də sonradan naməlum səbəbdən həmin ərazidə yenidən yanğınlar baş verir. Məlumata görə, son 3 gündə həmin ərazidə ümumilikdə 12 hektar nar bağı, 15 hektar taxıl sahəsi, kol-kos, xırda ağaclar yanıb. Yanğınların hansı səbəbdən baş verdiyi araşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28166

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031