Qorxunc cinayət kameralarda – VİDEO (18+)

14.07.2015 - 12:34
41158Türkiyənin Bursa şəhərində inşaat sahibi ilə mebel işi ilə məşğul olan iş adamı arasında ölümlə nəticələnən dava düşüb. Şəhərin ən gur yerlərindən olan Topxana Meydanındakı cinayət anı bir həvəskar tərəfindən görüntülənib. Ard-arda açılan güllə səsləri ətrafdakılara böyük şok yaşadıb.
Mebel fabriki açmağa hazırlaşan Rızayettin Serbest, fabrikin tikintisini tapşırdığı Tacettin Başoral işi yarıda buraxıb. R. Serbest T.Başoral ilə məsələni aydınlaşdırmaq üçün oğlu Erkan Serbestlə birlikdə Tophane Meydanına gəlir. Danışıqda hər iki tərəfin silahlanmış yaxınları da iştirak edib.
Müzakirə əsnasında mübahisə başlayanda Erkan Serbest, Tacettin Başoralı qasığından yaralayır. Qarşı tərəf buna cavab olaraq silahla onu sinəsindən ağır yaralayır.
Başoral yaralı halda yerdə uzanaraq qanaxmanı dayandırmağa çalışan zaman Rızayettin Serbest silahla ona yaxınlaşaraq başına bir dəfə atəş açıb. Bu güllədən inşaatçı elə yerindəcə dünyasını dəyişir. Rızayettin bunun ardından öldürdüyü inaatçıya yardım edən adama da atəş açsa da, güllə ondan yan keçir.
Yaralı oğlunun yanına geden Serbest, təcili tibbi yardım maşını gələnədək əlində tapança ilə oğlunun başı üstündə gözləyib. Yaralı Erkan xəstəxanaya aparılıb. Polis Rızayettin Serbesti hadisədən sonra yaralı oğlunun vəziyyətini öyrənmək üçün xəstəxanaya gedərkən yaxalayıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb. Serbestin eyni zamanda Üçevler məhəlləsinin muxtarı olduğu da bəlli olub. Polis İdarəsinə aparılan qatil cinayətin çəkildiyindən xəbərsiz olduğundan ifadəsində heç kimə atəş açmadığını deyib.(anspress.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=28184

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728