Lənkəranda zəncirvari yol qəzasında 4 nəfər xəsarət alıb

20.07.2015 - 22:31

img1580311Lənkəranda 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 20-də saat 18. 00 radələrində Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun rayonun Şilavar kəndindən keçən hissəsində qeydə alınıb.
Astara rayonundan Lənkəran rayonu istiqamətinə hərəkət edən “KamAZ” markalı yük maşını şoseyə çıxarkən yolu keçmək istəyən sərnişin avtobusu ilə toqquşub. Güclü zərbədən idarəetməni itirən “KamAZ” daha sonra yolun kənarında dayanmış iki minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində hər dörd nəqliyyat vasitəsinə xeyli ziyan dəyməklə yanaşı, avtobusun 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasında onlara müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28422

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930