Ruslar Pentaqona hücüm etdilər

21.07.2015 - 00:31

xaker1Rusiya ilə bağlı hakerlərin ABŞ-da növbəti hədəfi Müdafiə Nazirliyi (Pentaqon) olub. Publika.az “The Daily Beast” nəşrinə istinadən xəbər verir ki, hakerlər Ağ Ev və Dövlət Administrasiyasından sonra Pentaqonun kompüter şəbəkəsinə müdaxilə ediblər.

Məqalənin müəllifi Şeyn Harris qeyd edir ki, rusiyalı hakerlər müasir və son dərəcə mürəkkəb texnologiyalardan istifadə edirlər. Bu isə onların izlərinin aşkar edilməsini çətinləşdirir. Kompüter təhlükəsizliyi üzrə ekspert, xüsusi təyinatlı Amerika qoşunlarında 20 ildən çox xidmət edən Maykl Adams rusiyalı hakerlərin hücumunu daha aydın şəkildə göstərmək üçün hərbi analogiyadan istifadə edib: “Bu, gözəgörünməz bombardmançıların hücumuna bənzəyir. Hədəf tamamilə məhv edilir və ondan sonra rəqib başa düşür ki, ona hücüm ediblər”.

“Hakerlər şifrələrin çoxsaylı formalarından və müdafiə olunan kommunikasiya kanallarından istifadə edirlər. Onlar kompüterlərə müdaxilənin izlərini yox edir, hansı informasiyanın oğurlandığını və hansı kompüterlərə müdaxilənin edildiyini anlamaq olduqca çətinləşir”, – nəşr qeyd edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=28464

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728