Azərbaycanda iki polis əməkdaşı döyüldü

21.07.2015 - 11:10

img1836175Göygöldə iki polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən döyülüb.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi, 1973-cü il təvəllüdlü mayor Habil Əliyev və bölmənin tədqiqatçısı, 1981-ci il təvəllüdlü Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar ötən axşam Çaylı kəndinə gediblər.

Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Müxtəlif bədən xəsarətləri alan polislər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=28528

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728