Bakıda kişi sevgilisini yandırdı

24.07.2015 - 00:48

rrBakıda kişi sevgilisini döyüb. Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğundan daxil olan məlumata görə, Bakının Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda vətəndaş nigahında yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması, eləcə də ütü vasitəsi ilə əlinin yandırılması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb (bu maddə üzrə üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur).

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=28728

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930