General oğlu maşını polisin üzərinə sürdü: nazir qəzəbləndi

28.07.2015 - 10:34

din-binaHüquq-mühafizə orqanlarında çalışan, general rütbəli şəxslərdən birinin oğlu idarə etdiyi “Lexus” markalı avtomobili polis əməkdaşının üstünə sürüb. Redaksiyamıza daxil olan məlumata görə, hadisə 2 gün əvvəl Yasamal rayonunda, “Təzə Pir” məscdinin ətrafında baş verib. Məlumatda bildirilir ki, dövlət tədbirilə əlaqədar polislər o ətrafda yolları bağlayıbmış. Həmin vaxt oradan keçən general oğlunun da avtomobili də saxlanılıb. Lakin o, polislərin dediklərinə əhəmiyyət verməyərək maşını işə salıb və asayiş keşikçilərindən birinin üzərinə sürüb.
Bununla da ürəyi soyumayan general oğlu maşından düşərək həmin polis əməkdaşına hücum çəkib. Digər polislər yoldaşlarını general oğlunun əlindən almaq üçün davaya müdaxilə ediblər. Məlumatda bildirilir ki, üzərinə maşın sürülən polis əməkdaşı ağır xəsarət alıb. Onun hazırda xəstəxanaların birində müalicə olunduğu bildirilir. Məlumatda o da qeyd edilir ki, hadisə yerinə ərazi üzrə polis idarəsinin rəhbərliyi də gəlib. Məhz bu zaman aydın olub ki, hadisəni törədən general oğludur. Baş verənlər barədə daxili işlər naziri Ramil Usubova məruzə edilib. Nazirin hadisəyə reaksiyası sərt olub və o, general oğlunun həbs olunması barədə göstəriş verib. General oğlu polis idarəsinə, oradan isə məhkəməyə aparılıb. Barəsində həbs-qətimkan tədbiri seçilən general oğlu gecə ilə Kürdəxanı təcridxanasına göndərilib. Həmin generalın kimliyi və konkret harada işləməsi də bəllidir. Sadəcə bəzi dəqiqləşdirmələr apardığımızdan adını açıqlamırıq. Onu da qeyd edək ki, məlumat redaksiyamıza iş gününün sonunda daxil olduğuna görə DIN-nin mövqeyini öyrənə bilmədik. Növbəti sayımızda mövzuya qayıdacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28848

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728