Yenidən “dirilən” Molla Ömər Ramazan mesajı verdi və yenə öldü

30.07.2015 - 00:00

rrTalibanın məşhur lideri Molla Ömərin yaşadığı iddiaları yayılıb. İki həftə öncə Taliban Molla Ömərin adından Ramazan bayramı mesajı yayıb. Bundan sonra iki il öncə öldüyü xəbəri yayılan Taliban liderinin yaşadığı, yoxsa öldüyü sualları ortaya çıxıb.

Əfqanıstan hökumətinin adının açıqlanmasını istəməyən rəsmilərindən biri “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, Pakistan Kabilə Molla Ömərin ölümü haqda məlumat verib. Mənbə Molla Ömərin iki il öncə Pakistanda xəstəlikdən öldüyünü qeyd edib.

Pakistan rəsmiləri isə Molla Ömərin adından yayılan mesaj haqda Əfqanıstan hökumətinin münasibət bildirməsindən sonra danışacaqlarını açıqlayıblar. Bəs Molla Ömər kimdir?

Molla Məhəmməd Ömər, yaxud Molla Ömər adı ilə tanınan bu şəxs Talibanın əsas liderlərindəndir. 1996-cı ildə Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstanın böyük bir qismi tərəfindən dövlət başçısı olaraq qəbul olunur. Lakin beynəlxalq ictimaiyyət onu prezidenti kimi tanımayıb. O, ABŞ-ın 2001-ci ildə hücumlarına qədər de-fakto olaraq dövlət başçısı olaraq fəaliyyət göstərib.

Molla Ömər 1960-cı ildə Əfqanıstanın Kandahar vilayətinin Şah-ı Himmat kəndində doğulub. 1980-ci illərdə SSRİ-yə qarşı müharibədə iştirak edib. Həmin vaxt mərmi partlayışı nəticəsində sağ gözünü itirib.
“Əl-Qaidə” lideri Usama Bin Ladenin yaxın münasibət qurduğu çox az adamlardan biri olub. ABŞ 11 sentyabr hadisələrində günahlandırılan Molla Ömərin başına 10 milyon dollar pul qoymuşdu.(publika.az)

Asif Nərimanlı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28945

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728