Bakıda polis kapitanını qanına qəltan etdilər

30.07.2015 - 10:29

rrKick-Boxinq üzrə 11 dəfə Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4-qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası Kamil Şərifov bıçaqlanıb. Bu haqda məlumat verən mənbənin sözlərinə görə K.Şərifov polis kapitanıdır və Qaradağ rayonu ərazisində xidmət apararkən ona 3 bıçaq xəsarəti yetirilib.

Verilən məlumata görə K.Şərifov hazırda Daxili İşlər Naziliyinin hospitalında müalicə olunur. K.Şərifovun Kamil Zeynallı adlı dostu istagram səhifəsində onun xəstəxana çarpayısında uzanılı vəziyyətdə fotosunu yayıb. Fotonun yanındakı şərh bölümündə isə yazılıb: “Allah şəfa versin qardaşım. 2 saat keçən əməliyyatdan sonra yaxşıdır hər şey. Səni belə incidənlər çox getməz qardaşım. “Prince Baku” daima biz dostların yanındayıq… Gəcə saat 1-də vəzifə borcunu yetirərkən 5 şübhəlini saxlayıb, sonda əlbəyaxa olublar, 3 bıçaq zərbəsi alıb”.
Qeyd edək ki, K.Şərifov idmançılar arasında “Prince Baku” ləqəbi ilə də tanınır. (istiqlal.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=29000

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728