Rumıniyaya Azərbaycan vasitəsilə 333 kilo heroin aparılıb

30.07.2015 - 11:12

rrRumıniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları rekord miqdarda heroini müsadirə edib. Bu barədə Rumıniyanın Mütəşəkkil Cinayətkarlığa və Terrorizmə Qarşı Mübarizə İdarəsi (DİİCOT) və rumın polisi məlumat yayıb.

“Bu, Rumıniyada 1990-cı ildən bəri müsadirə edilmiş ən böyük heroin partiyasıdır” – deyə DİİCOT-un böyük prokuroru Konstantin Xorodniçanu bildirib. Prokuror əlavə edib ki, müsadirə edilmiş heroinin çəkisi 333 kiloqram, onun bazar dəyəri isə təxminən 40 milyon avrodur.

Rumıniya polisinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi, baş komissar Klaudiu Kukunun sözlərindən belə məlum olub ki, 333 kiloqramlıq heroin yükü Rumıniyaya Azərbaycandan, daha sonra Ermənistan, Gürcüstan və Ukraynadan keçirilməklə çatdırılıb.

Polisin məlumatında deyilir ki, heroin iki yük maşının benzin bakında gizlədilibmiş. Həmin maşınlar iki gün əvvəl Rumıniyanın şimalındakı Satu-Mare və Bistritse məntəqələrində Rumıniya-Macarıstan sərhədini keçməyə hazırlaşarkən saxlanılıb.

“Ağ toz” doldurulmuş yüzlərlə paket qəsdən istiot və ədviyyat bağlamaları ilə bir yerə yığılıbmış ki, xüsusi təlim keçmiş itlər də onu hiss etməsin. Daha sonra həmin paketlər benzin bakının alt tərəfində xüsusi hazırlanmış yerə qoyulubmuş.

Heroinin daşınmasını rumın-türk cinayətkar qruplaşması həyata keçirib. Bu qrup 2011-ci ildən etibarən polisin nəzarətindədir. Bu cinayətlə bağlı 2 Rumıniya, 3 Türkiyə vətəndaşı həbs olunub. Daha 7 nəfər isə sorğu-sual edilir.(virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29014

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930