Ağsunun Bico kəndindəki yanğının gizli tüstüsü – FHN “pir cadusu”na düşdü?

04.08.2015 - 00:37

bicoAğsu rayonunda baş verən yanğınla bağlı xəbər verilmişdi. İki gün ərzində sönderülən yanğınla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Belə ki, kənd camaatının cumhuriyyet.az-a bildirdiyinə görə Ağsu rayonunun Bico kəndi ərazisində avqustun 2-də başlayan yanğın ayın 3-ü səhər saatlarında söndürülüb. Redaksiyamıza daxil olan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
“Əslində yanğın qonşu Kecdimez kəndinin dağında avqustun 1-i axşamı başlamışdı. Belə ki, həmin gün Keçdimez kəndinin dağında yerləşən Keçdimez pirini ziyarət edənlər yandırdiqları ocağı söndürmədən getdiklərindən, axşam saatlarında ətraf əraziyə od düşmüşdü. Avqustun 1-i axşam FHN-nin Ağsu rayon bölməsinin üzvləri və yerli camaatdan ibarət qrup yanğını söndürməyə cəlb olundular. Yanğının genişlənməsinin qarşısı alındı. Əslində isə köz ocaqlarının tamam söndürülməməsi ayın 2-si səhər saatlarından başlayaraq dağlıq ərazinin yenidən alovlanmasına səbəb oldu. Yanğın genişlənərək Bico dağlarını da əhatələdi. Artıq avqustun 2-si gündüz saat 12-1 radələrində Bico dağında böyük yangın ocağı yaranmışdı. FHN-nin Ağsu bölməsinin əməkdaşlarının hadisə yerinə gecikmələri və yalnız bir kiçik həcmli yanğınsöndürən maşınla təmsil olunmaları yanğının daha da böyüməsinə rəvac verdi. Ərazinin dağlıq və meşəlik olması çox az sayda olan FHN əməkdaşlarının çarəsiz qalmasına səbəb oldu. Düzdü, sonradan əraziyə Şamaxı FHN əməkdaşları da cəlb olundu ki, onlar da yanğının yalnız Şamaxı ərazisinə keçməsinin qarşısını aldılar. Göyçaydan gələn FHN briqadası Bico dağında gözləmə mövqeyi tutmaqla kifayətləndilər. Axsam saatlarında Ağsu FHN-nin işçiləri yorulduqlarını bəhanə gətirərək yanğını söndürməkdən imtina etdilər. Yalnız Kürdəmir briqadasının 8 üzvü gecəyədək yanğına qalib gəlməyə çalışdılar. Lakin onlar da gecə təxminən saat 12-1 arası “otboy” komandası aldılar. Beləliklə, dəfələrlə söndürülmək ehtimalı böyük olan yanğın öz məcrasına buraxıldı. Gecə başsız qalan yanğın səhərə yaxın artıq Bico kəndinin 10-15 metrliyinə çatdı.
Bu gün (avqustun 3-ü) səhər saat 8 radələrində FHN-nin 3 yanğınsöndürən maşını və xeyli canlı qüvvəsi əraziyə cəlb olundu. Yalnız bu gün yanğının qarşısını almaq mümkün oldu. Səhlənkarlıq və laqeydlik nəticəsində Bico və Keşdiməz kəndinin 200 hektardan çox otlaq və meşə ərazisi külə döndü. İki aydı su üzünə həsrət qalan kəndlər daha bir böyük zərbə aldı”.

rr tt yy

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29215

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728