Beyləqanda 26 minlik qalmaqal: dövlətin pulunu oğurladılar və…
Son vaxtlar Beynəlxalq Bankla bağlı yaşanan qalmaqallar məmurların dövlət pulları ilə necə davrandığını açıq ortaya qoydu. Bu münasibət regionlarda da özünü göstərir. Beyləqandan cumhuriyyet.az-a daxil olan məlumata görə təxminən 10-12 gün bundan öncə rayonun mərkəzi poçt filialının binasında oğurluq hadisəsi baş verib. Belə ki, oğrular Poçt binasının pəncərəsini qıraraq içəri daxil olublar və seyfdən 26 min manat civarında vəsait aparıblar.
Məlumata görə hadisə olan vaxt rayon Poçt filialının müdiri Rasim Ağayev, müvini və xəzinadarı məzuniyyətdə olublar. Hadisədən sonra müdir müavini və xəzinadar məzuniyyətlərini yarımçıq qoyaraq tez tələsik rayona qayıdıblar. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, baş verən oğurluqla bağlı səs küy qopartmaq istəməyən Rasim Ağayev müavini və xəzinadarı oğurlanan dövlət vəsaitini 7 gün müddətinə tapıb yerinə qoyublar. Məsələnin maarqlı tərəfin ondan ibarətdir ki, Poçt filialında bu qdəər iri məbləğin olmasından irəli gəlir. Çünkiq qanuna görə Poçt fililaına hər gün daxil olan vəsait axsam saat 5 –də Banka təhvil verilməlidir. Əgər filialda əməliyyatlar çox olarsa o zaman vəsaitin Poçtda qalma müddəti 2 gündən o tərəfə keçməməlidir.
Mənbə qeyd edir ki, əslində oğurlanan 26 min manat vəsait təxminən 20 gündən çox əməliyyat pulu imiş. Yəni rəis və müavinləri banka köçürüləcək vəsaitləri saxlamaqla qanunsuzluğa yol veriblər. Poçta daxil olan vəsaitin uzun müddətli saxlanılması Beyləqan filialınd ailk hadisə deyil.Belə ki, rəis Agayev Rasim müavini həmin vəsaitləri dövlətə köçürtməyərək istədiyi vaxt özlərinə lazım olan nəğd vəsaiti burdan hazır götürə bilirlər. Hətta bəzi vaxtlarda bu vəsaitdən başqa bir biznes sahəsinədə 1 aylıqda yatırılır.
– Rasim Ağayevin maliyyə maxinasiyaları;
– Hər ay özhesabına məzuniyyətə göndərilən işçilərin maaşları necə mənimsənilir?
– İşçilərin əməkhaqqından tutulan pullar…
Bu və digər məsələlər haqda növbəti yazımızda.
Short URL: http://www.cumhuriyyet.net/?p=29232