İstanbul barədə dəhşətli proqnoz: 30 ilə mütləq baş verəcək

17.08.2015 - 00:29

rrTürkiyə yaxın gələcəkdə növbəti faciələrdən birini yaşaya bilər. Bununla bağlı publika.az CNN-ə istinadən xəbər verir ki, seysmologiya və dəniz geologiyası sahəsində türkiyəli mütəxəssis Naci Görür zəlzələ barədə şok proqnozla çıxış edib.

NATO Elm Mükafatı da başda olmaqla bir çox mükafatlara layiq görülən professor Türkiyənin bütün ərazisində zəlzələ riskinin olduğunu, İstanbulun yerləşdiyi Mərmərə bölgəsində bu riskin daha yüksək olduğunu dilə gətirib. “Buradakı qabıq çatlayıb”?, -deyən professor Mərmərədəki fay xəttinin qırılmasının hökumət və xalq tərəfindən ciddi qəbul edilmədiyini söyləyib.

İstanbulda zəlzələnin nə vaxt olacağına gəlincə, Naci Görür elmi araşdırmalar baxımından bu müddətin 30 il olduğunu vurğulayıb. O, İstanbulda Rixter cədvəli üzrə 7 baldan yuxarı zəlzələnin mütləq olacağını deyib. Xatırladaq ki, bundan əvvəl analoji proqnozu Türkiyə Yıldız Texniki Universitetinin müəllimi, geologiya mühəndisi Şükrü Ersoy irəli sürüb. O, 1509-cu il zəlzələsinin təkrarlana biləcəyini iddia edib. Onun sözlərinə görə, bir çox alim Mərmərədə rixter cədvəli üzrə 7 baldan güclü bir zəlzələnin baş verə biləcəyi ilə bağlı həmfikirdir.

Şükrü Ersoy vurğulayıb ki, Mərmərə zəlzələsi üçün ən böyük ssenari 1509-cu il zəlzələsinin təkrarlanmasıdır: “İstanbulda 14,5 milyon adam yaşayır. Ətrafdakı vilayətlərin əhalisini də hesablasaq, bu ümumilikdə 22 milyon adam edir. İstanbulda 1509-cu il zəlzələsinin təkrarlanacağını və həmin zəlzələdəki kimi itkilərin sayının ümumi əhalinin bir faizi olacağını düşünsək, bu, 145 min adamın ölməsi deməkdir. Bu, yüksək bir rəqəmdir. Bu nisbət 3 faizə də çıxa, itkilərin sayı isə 450-500 minə qədər çıxa bilər. Ciddi bir məsələdən danışırıq. İstanbulda şəhərsalma işində çox ciddi işlər görülməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29492

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930