Bakıda şirkət sahibinə öz işçisi kələk gəldi – işə polis qarışdı
Bakıda turizm şirkətinin rəhbəri öz işçisi tərəfindən aldadılıb. Şirkətin işçisi biletləri sataraq pulunu mənimsəyib. Hadisə “Alfa Tourism Servis” şirkətində baş verib. Musavat.com xəbər verir ki, aldadıldığından xəbər tutan şirkət rəhbəri Roman Axundov polisə müraciət edib.
Nəsimi rayon 22-ci Polis Bölməsinə şikayət edən şirkət rəhbəri şirkətin işçisi Azər Ömərovun 5160 manat məbləğində bilet satdığını, pulu isə mənimsədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=31400