Bakı meriyasının qarşısında aksiya

07.09.2015 - 01:27

rr“Yeni Yasamal” MTK-dan mənzil alan və 10 ildir evlərinə köçə bilməyən sakinlər bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında toplaşdılar. Bu illər əzində binanın təhvil verilməsini gözləyən vətəndaşlar dövlət qurumlarına müraciətlərinin nəticəsiz qaldığını deyirlər.

“Bu da bizim icra hakimiyyətimiz… Bizi qəbul etmirlər. Belə qanunsuzluq olmaz. Bizi kimsə qəbul edib şikayətimizə baxmalıdır. Dələduzlar bizim pullarımızı yeyirlər, amma biz də qalmışıq küçələrdə” – deyə sakinlər bildirib.

Nurəddin Rəhimov deyir ki, binanın sədri Cahangir Alışov hara istəyirsiniz şikayət edin deyib: “Bizim cəmiyyətdə rüşvət yoxdur, hamı haqq-ədalətlə, qayda-qanunla işləyir. Biz də pulumuzu vermişik, evimizi tələb edirik. 5-6 nəfərlə gəldik ki, ərizəmizi verək. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrindən kimsə bizi qəbul eləsin. Bizə desinlər ki, şikayətimizə baxılacaq və ya baxılmayacaq”.

Problemlərinə çarəni Prezident Administriyasıyasına müraciət etməkdə görən şikayətçilər ora yollanıblar. Administriyasiyadan bildiriblər ki, bu gün onları qəbul edəcəklər. /Virtualaz.org/

Short URL: http://www.cumhuriyyet.net/?p=31409

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930