ŞOK! Qəbələdə yol polisi qəzaya və ölümə səbəb oldu.
Gecə saatlarında Qəbələ rayonundan cumhuriyyət. az. ın elektron poçtuna ilginc məlumat daxil olub. Məlumata görə dünən, yəni sentyabrın 13-də saat 16:45 radələrində rayonun İsmayıl bəy Qutqaşınlı şadlıq sarayından toy yerindən çıxıb Həmzəlli kəndinə evinə dönən VAZ 07 markalı avtomobilində 4-ü qadın olmaqla Həmzəlli kənd sakinləri, rayon polis şöbəsinin yol polisi bölməsinin rəisi Fariz Həsənzadənin təqibinə məruz qalıb. VAZ 07 avtomobilinin sürücüsü üzü “Jalə” zavodu istiqamətində sürətlə hərəkətdə olub, bu zaman polis onu saxlamaq üçün daha da sıxışdırıb. Sonda Həmzəlli kəndinin girəcəyindəki körpünün üzərində əks istiqamətdən gələn raf “Qazel”lə VAZ 07 jiquli avtomobili toqquşub. Zərbənin təsirindən avtomobildə olan qadınlardan biri yerindəcə dünyasını dəyişib. Digər şəxslər isə ağır vəziyyətdə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisə yerində olan şahidlərin cumhuriyyet.az-a bildirdiyinə görə günah polis işçilərində olub. Şahidlər qeyd edir ki,jiquli avtomobilini şəxsən yol polisinin rəisi Fariz Həsənzadə təqib edirdi. Sürət o qədər yüksək idi ki,sonda qəza baş verdi. Rayondan olan digər ictimai fəal qeyd edir ki,Qəbələdə polis özbaşnalığı pik həddədir. Burada polis insanlarla sanki heyvandır deyə rəftar edir. Artıq bu Qəbələdə neçənci hadisədir ki,yol polisinin günahı ucbatından baş verir. Mövzunu diqqətdə saxlayacayıq.
Elçin İsmayıllı,Cumhuriyyət. az
Short URL: http://www.cumhuriyyet.net/?p=32054