Azərbaycanın boks çempionu yol qəzasında ölüb

15.09.2015 - 14:13

qeza2Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cumhuriyyət.az APA TV-yə istinadən xəbər verir ki, avtoqəza ötən gün axşam saatlarında Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisində, Bakı-Qazax magistralından 15 kilometr aralıda – Hacıqabul Suvarma Sistemləri İdarəsinin nasos stansiyası yaxınlığında baş verib.
Şirvan sakini, 36 yaşlı Rəşad Seyidzadə oğlu Abbasov idarəetməni itirməsi nəticəsində avtomobil su nohuruna aşırıb. Nəticədə sürücü boğularaq hadisə yerində ölüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Rəşad Abbasov 2010-cu ildə kişilər arasında keçirilən boks yarışı üzrə respublika çempionu olub. O, əvvəllər Şirvan Gənclər və Turizm İdarəsinin müdiri vəzifəsində çalışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=32277

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728