Meydan TV-nin əməkdaşı yoxa çıxıb

17.09.2015 - 10:19

sirin2Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov (Şirin Tire) sentyabrın 16-da günorta saat 14 radələrindən etibarən yoxdur. O, sonuncu dəfə Yasamal rayonu, Akim Abbasov küçəsində (Azərbaycan Univeristetinin qarşısı) olub, yoldaşlarına təhsil aldığı BDU-ya gedəcəyini deyib. O vaxtdan etibarən onun telefonlarına zəng çatmır, yaşadığı mənzildə yoxdur, heç bir yaxını onunla əlaqə saxlaya bilməyib, görməyib.

Şirin Abbasovun nümayəndəsi vəkil Namizəd Səfərov Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat verib. Vəkilin sözlərinə görə, xidmətdən bildiriblər ki, onlarda yalnız barəsində cinayət işi açılmış şəxslər haqqında məlumat var.

Hüquq-mühafizə orqanlarındakı mənbə isə Meydan TV-yə deyib ki, jurnalistin həbs olunması istisna deyil.
Sonuncu dəfə Şirin Abbasovu görən gənc jurnalist Aytac Əhmədova və rəfiqəsi isə elə həmin küçədə mağazadan çıxarkən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. Orada 5 saatdan artıq saxlandıqdan sonra buraxılıblar. Buna görə də Şirin Abbasovun da saxlanıldığı ehtimal olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=32410

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728