Bakı-Sumqayıt yolunda dəhşətli anlar 18+VİDEO
Bakı-Sumqayıt yolunda – Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.
Cumhuriyyət.az Trend-ə istinadən xəbər verir ki, içərisində sərnişinlər olan “Ford” markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.
Şahidlərin verdiyi məluimata görə, hadisənin baş verməsi nətciəsində ölən və yaralananlar var.
Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir. Hadisə yerində araşdırmalar aparılır.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, on nəfərin vəziyyəti isə ağırdır: “Vəfat edən hər iki şəxs kişidir. Yaralılar isə Sumqayıt təcili yardım stansiyasına aparılıb. Hazırda onlardan bir neçəsi əməliyyata alınıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=32441