Kreml knyazlarının Azərbaycana məxfi hücumu

18.09.2015 - 11:39

kremlKremlə bağlı hakerlər qrupu məxfi informasiyaları əldə etmək üçün Azərbaycana qarşı hücum həyata keçirib.

Virtualaz.org saytı xəbər verir ki, bu faktı Finlandiyanın kibertəhlükəsizlik şirkəti “F-Secure” aşkara çıxarıb.

Şirkət müəyyən edib ki,  NATO hədəflərinə, ABŞ və Mərkəzi Asiya ölkələrinə virus hücumu həyata keçirən “The Dukes” (knyaz, hersoq) adlı haker qrupu Rusiya hökumətinin maraqlarına işləyir.

Şirkətin açıqladığı hesabata əsasən qrupdakı hakerlər Rusiyanın kəşfiyyat fəaliyyətinə dəstək verirlər. Bu qənaəti Rusiyanın “Kaspersky Lab” kibertəhlükəsizlik şirkəti də təsdiqləyir.

Bildirilir ki, yaxşı təşkilatlanmış, güclü resurslara və məqsədyönlü fəaliyyətə malik kiberqrup ən azından 2008-ci ildən Rusiya xüsusi xidmət orqanları üçün işləyir. Haker qrupu kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur, bu məlumatlar Rusiya hakimiyyəti tərəfindən xarici siyasət və təhlükəsizlik sferasında qərarlar qəbul etmək üçün istifadə edilir.

“The Dukes” 2008-ci ildən 2015-ci ilə qədər PinchDuke, MiniDuke, CozyDuke, HammerDuke və digər virus proqramları vasitəsilə haker hücumları həyata keçirib.

İlk hücum 2008-ci ildə qeydə alınıb. Həmin il PinchDuke virusu ilə Türkiyədəki çeçen mühacirlərinin informasiya resurslarına hücum edilib. Növbəti ilə həmin virusla Qərb hədəflərinə hücum olub. Hakerlər NATO və ABŞ-ın xarici siyasətinə və müdafiə siyasətinə dair məlumatlarla maraqlanıblar.

Hücumlara ABŞ-ın analitik mərkəzləri, Polşa və Çexiyanın hökumət strukturları, Türkiyə və Uqandanın xarici işlər nazirlikləri, NATO-nun Gürcüstandakı informasiya mərkəzi məruz qalıb.

2010-cu ildə hakerlər PinchDuke virusundan istifadə etməklə Türkiyə və Gürcüstana qarşı əməliyyatları davam etdiriblər. Eyni zamanda Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Azərbaycana qarşı hücum kampaniyası həyata keçirilib. Hakerlər bu ölkələrə hücum və  informasiyaların ələ keçirilməsi üçün CosmicDuke virusundan isifadə ediblər.

2013-cü ildə Kreml “knyazları”nın əsas hədəfi Ukrayna olub. Onlar avromaydan hərəkatı başlayana qədər intensiv şəkildə Ukraynadan məlumat oğurlayıblar. Rusiya Ukrayna məsələsində diplomatiyadan birbaşa hərəkətə keçəndən dərhal sonra hakerlərin bu ölkəyə marağı azalıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=32552

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930