Tanınmış bəstəkar reanimasiyaya yerləşdirildi
Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər sentyabrın 9-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında ikitərəfli xroniki baş-beyin substral hematoma xəstəliyindən əməliyyat olunub.
Oxu.az xəbər verir ki, əməliyyat uğurla keçsə də 70 yaşlı bəstəkarın vəziyyəti sonrdan ağırlaşıb. Hazırda reanimasiyaya yerləşdirilib.
Bu haqda sayta məlumatı bəstəkarın ailəsinin yaxın dostu, şairə Rəsmiyyə xanım verib: “Hazırda reanimasiyadadır. Qohumları ona dəstək olmurlar. Xəstəxanada daim onun yanında həyat yoldaşı ilə qızı olur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=32576