Xanım jurnalistlər yenə “bandotdel”ə çağırıldı

22.09.2015 - 11:16

seincMeydan TV ilə əməkdaşlıq edən jurnalistlər bu gün yenə dindiriləcək

Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər yenidən istintaqa çağırılıb. Bu barədə “Azadlıq”a həmin jurnalistlərdən Sevinc Vaqifqızı məlumat verib.

Jurnalist bildirib ki, Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq bölməsinin rəis müavini, sentyabrın 19-da onları dindirmiş Murad Quliyev zəng edərək, yenidən ifadə verməyə çağırıb.

“Zəng iş vaxtının bitməsinə az qalmış gəldi. Bu səbəbdən bildirdim ki, gələ bilməyəcəm. Həm də sentyabrın 18-dən 19-na keçən gecə biz tamamilə oyaq qalmışdıq deyə, hələ də yorğunuq. Müstəntiqə bildirdim ki, sabah gələ bilərəm”, – deyə Sevinc Vaqifqızı bildirib.

Sevinc Vaqifqızı ilə yanaşı, Aytən Fərhadova və Izolda Ağayeva da bu gün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə (“bandotdel”) ifadə verməyə gedəcək.

Sevinc Vaqifqızı onu da qeyd edib ki, sentyabrın 19-da idarədə dindirilərkən müstəntiqdən hansı səbəbdən gecə yarı məcburi şəkildə istintaqa cəlb olunduqlarını soruşub: “Soruşdum ki, bizi hava limanında tutub, gecə yarı bura gətirməyə nə ehtiyac var? Məgər biz istintaqdan yayınmışıq? Bizə nə vaxt çağırış vərəqəsi göndərmisiz, biz gəlməmişik? Bildirdim ki, bizim istintaqdan yayınmaq fikrimiz olsaydı, heç ölkəyə qayıtmazdıq. Bizi ölkədən gedəndə yox, qayıdanda saxlamısız. Müstəntiq heç bir cavab vermədi”.

Meydan TV əməkdaşlarının çağırış vərəqəsi göndərilmədiyi halda, hansı səbəbdən zorla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparıldığını aydınlaşdırmaq üçün Daxili Işlər Nazirliyilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticə vermədi.

Short URL: http://www.cumhuriyyet.net/?p=32868

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930