Milli Bankın birinci sədri vəfat etdi

22.09.2015 - 11:32
mbDünən Bakıda həyatının 75-ci ilində Azərbaycan Milli Bankının ilk sədri olmuş Qalib Ağabala oğlu Ağayev qəfildən dünyasını dəyişib.
“APA-Economics”in xəbərinə görə, geniş dairələrdə tanınmış bankir və maliyyəçi olan Q. Ağayev 1941-ci il 13 iyul tarixində Bakı şəhərində anadan olub.
Q. Ağayev Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlayıb, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışıb. 1992-ci ildən Azərbaycan Milli Bankının ilk rəhbəri olub.
Mərhumun dəfn mərasimi bu gün, 22 sentyabr saat 14:00-da Süleyman Vəzirov küç., 11 ünvanında baş tutacaq.
Allah rəhmət eləsin!

Short URL: http://www.cumhuriyyet.net/?p=32874

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728