Bakıda avtobusu dayanacaqdan kənarda saxlamayan sürücü döyüldü

23.09.2015 - 10:58

bakiBir vaxtlar danayacaqdan kənar avtobus saxladığı üçün qınanan sürücülər indi əks-reaksia ilə üzləşib. Dünən səhər Bakıda bir avtobus sürücüsünün döyülməsinə məhz dayanacaqdan kənarda saxlamaması səbəb olub. Sərnişinin döydüyü sürücü kəllə beyin travması alıb.

Cumhuriyyət.az-ın musavat.com-a istinadən məlumatına görə, hadisə səhər Əhməd Rəcəbli küçəsində, 33 saylı xətdə hərəkət edən avtobusda baş verib. Bir sərnişin sürücü Kamil İbrahimova hücum edib. Döyülən sürücünün qardaşı Ramil İbrahimov deyir ki, hadisəyə səbəb sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub.

Döyülən sürücünü sərnişinin əlindən ətrafda olanlar alıb. Qan içində olan Kamil İbrahimovu digər sürücü yoldaşları 1 saylı şəhər kliniki tibbi mərkəzə aparıblar, sərnişin isə hadisə yerindən qaçıb. Kəllə-beyin travması alan sürücü Kamil İbrahimovun vəziyyəti ağır olduğundan o, əməliyyat ediləcək.

Hadisə ilə bağlı zərərçəkmişin qardaşı polisə məlumat verib. İndi 5-ci polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən həmin şəxsi axtarır.

Short URL: http://www.cumhuriyyet.net/?p=32995

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728