Polis əməkdaşı zəncirvari qəzaya səbəb oldu

27.09.2015 - 23:36

111202_res_01Gəncədə 5 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

“Kəpəz” TV (“Region” TV) xəbər verir ki, Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində 5 avtomobilin toqquşması ilə nəticələnən hadisə baş verib.

Şəhər sakini, 43 yaşlı Əzimxan Tahirov idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən onu ötüb keçmək istəyən “Chevrolet Niva” markalı avtomobillə toqquşub.

Daha sonra “Chevrolet Niva” markalı avtomobil yolun kənarında dəyanan 3 müxtəlif maşına dəyib. Qeyd edək ki, “Chevrolet Niva” markalı avtomobilin sürücüsü Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Avtomobillərə xeyli ziyan dəyib iki nəfər xəsarət alıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=33123

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728