Bakıda həbsxanada kütləvi dava, xəsarət alan var
Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbuslar arasında kütləvi dava düşüb.
Bu barədə “Report”a Xətai rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Belə ki, 7 saylı cəzaçəkmə müəssisəsində 27 yaşlı məhbus Cavanşir Nəcəfov 41 yaşlı məhbus Teymur Ağayevi döyərək ona ağır bədən xəsarətləri yetirib.
Davaya digər məhbuslar da qarışıb. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=33187