Azərbaycanda kriminal avtoritetə hökm oxundu

30.09.2015 - 13:11
ceyhunBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik və odlu silah gəzdirməkdə təqsirləndirilən Ceyhun Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçrilən prosesdə C.Baxışova hökm oxunub.
Hökmə əsasən, C.Baxışov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, C.Baxışov kriminal avtoritet kimi tanınır.
Xatırladaq ki, bu ilin yanvar ayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini yaxalayıblar.
Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər – Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla “qanunsuz araşdırmalar” aparıblar. Onlar özlərini cinayətkar aləmin “nüfuzlu şəxsləri” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin “kassa”sına ötürülməsini təşkil ediblər.
Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, Ceyhun Baxışovdan “Makarov” tipli tapança, Etibar Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb.
C.Baxışov Cinayət Məcəlləsinin 228.1 və 234.4.1 maddələri ilə ittiham olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=33493

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728