Bakıda ABU Petrol-a silahlı basqın

02.10.2015 - 13:03

silahCinayətkarlar bütün gəliri götürüblər.

Oktyabr ayının 1-də Bilgəh qəsəbəsinə gedən şossedə yerləşən ABU Petrol avtomobil yanacaqdoldurma məntəqəsinin işçilərinə maskalı naməlum adamlar hücum ediblər.

Bu barədə haqqin.az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.

Cinayətkarların yanacaqdoldurma stansiyasının ərazisinə “VAZ-2107” markalı avtomobil ilə gəldikləri məlumdur.

Cinayətkarlar stansiya işçilərini ölümlə hədələyərək, onlardan bütün gəliri alıb hadisə yerindən qaçıblar.

Basqın zamanı yanacaqdoldurma stansiyasında üç işçi olub. Zərərçəkənlər cinayətkarların əlində silah olduğunu, amma bu silahın soyuq və ya odlu silah olduğunu müəyyən edə bilmədiklərini deyiblər.

Dəyən zərərin məbləği açıqlanmır, amma məbləğin böyük olduğu məlumdur.

İndi cinayətkarların axtarışı və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=33763

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930