Lütvəli Babayevin oğlu haqda şok iddia

02.10.2015 - 13:38

lutveli-zerdabBiləsuvar şəhər S. Vurğun küç. Ev 51-də qeydiyyatda olan və hal-hazırda Binəqədi rayonunda yaşayan Zeynalova Validə İbrahim qızı mediaya müraciət edib. Məktubda göstərilir ki, Zərdab RİH- nin başçısı Lütvəli Babayevin oğlu, Babəli Babayev qeyri qanuni yolla onun övladı Gəncəliyev Vahid Eynulla oğlunu həbsə atdırıb. Belə ki, başçının oğlu Babəli Babayev şəhərdə hündür mərtəbəli binanın dizayneri üçün Vahid Gəncəliyevə müraciət edir. Beləliklə qarşılıqlı razılaşma əsasında Babəli Babayev Vahid Gəncəliyevə 291(min) manat vəsait verir.

Validə Zeynalova daha sonra əlavə edir ki, Babali Babayevin tanışları Vurğun və Ruslan Vahidin etimadından süi istifadə edərək iş adı altında ondan 217(min) manatı geri alırlar. Qalan məbləğ isə binanın tikilişi üçün xərcləndiyi bildirilir. Lakin sonradan Babali Babayevin sürücüsü Fərzəli adlı şəxs Vahid Gəncəliyevə verilən pulun sahibi olduğunu bildirir. Hətda telefon danışığı zamanı Vahid dəfələrlə Ruslana bildirir ki, pul geri qayıtmalıdır.

Əks təqdirdə sonda arzuolunmayan nəticə baş verə bilər(səs yazma bunu tam qəstiq edir). Minbir bəhanələrə aldığı pulu geri qaytarmaqdan yayınan Ruslan və Vurğun bu gün heçnə olmamış kimi rahat evlərində yaşayırlar. Amma mənim oğlum Vahid Gəncəliyev Fərzəlinin şikayəti əsasında həbs edilib. Yasamal rayon polis idarəsi tərəfindən saxlanılan Vahid Gəncəliyevin səhəti ağır olduğu bildirilir. Validə Zeynalova media vasitəsi ilə Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət etməyə hazırlaşır.

Zərdab RİH-nin başçısı Lütvəli Babayevin oğlu Babəli Babayevin mövqeyini öyrənməyə çalışacayıq. Məsələnin digər tərəfinə nəzər saldıqda inanırıq ki, hüquq mühafizə orqanları məsələni araşdıracaq və günahkarlar qanun qarşısında cavab verəcək.(Dosye.org)

Araşdırmalar davam edir.

Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=33784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930