72 yaşlı nənə ərini niyə öldürdü?

16.01.2014 - 03:05

Al-qan içində əzab çəkən kişiyə görə həkimə belə zəng edilməyib

Al-qan içində əzab çəkən kişiyə görə həkimə belə zəng edilməyib

 

Astara rayonunun Pensər kəndində baş verən ağır qətlin təfərrüatları
məlum olub. Strategiya.az anspress-ə istinadən xəbər verir ki, 72 yaşlı
Nənəxanım Əziz qızı Qasımova ailə münaqişəsi zəminində 74 yaşlı həyat
yoldaşı Nəriman Həsən oğlu Qasımovu qətlə yetirməkdə təqsirli bilinir.
Baş verənlərdən şoka düşən yaxınları 6 uşaq anasının bu yaşında qətl
törədəcəyinə inanmaq istəmədiklərini desələr də, ər-arvadın arasında
daim münaqişənin olmasını etiraf edirlər.

Evin gəlini Raifə Qasımova bildirib ki, kişi 8 ildir Rusiyadan qayıdıb. “Onlar bir-birilə danışmırdılar. Hey çalışdıq, amma heç nə alınmadı. Ailə problemli idi”, – deyə Raifə Qasımova bildirib.

Yaxınlarının bildirdiyinə görə, mərhum Nəriman Qasımov həyat yoldaşı
ilə ayrıca evdə yaşadığından, baş verənləri də Nisəxanım onlara xəbər
verib. Belə ki, qadın elə həmin kənddə yaşayan gəlininin yanına gedərək,
ərinin ağır vəziyyətdə yaralandığını deyib. Ondan kömək istəyib.
Qaynanası ilə gələn gəlin qaynatasını al-qan içində görəndə yoldaşına
zəng edib. Yanvarın 12-si axşam saatlarında başından ağır xəsarət alan
Nəriman kişinin vaxtında həkimə çatdırılmaması, hadisənin gizli
saxlanması onun ölümü ilə nəticələnib.

Mərhumun oğlu Arzuman Qasımov bildirib ki, atasının yaralanma xəbərini ona həyat yoldaşı bildirib.”Yoldaşım qaça-qaça gəldi, dedi ki, “atan qan qusur”. Mən də gəldim
və istədim harasa zəng edim. Anam dedi ki, heç nə olmaz, indi gecənin
yarısıdır, qaldı səhərə. Səhər kişi rəhmətə getdi”, – deyə Arzuman
Qasımov bildirib.

Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan Nəriman Qasımov orada
həyatını dəyişib. Mərhumun meyiti bu gün ailəsinə təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən Nənəxanım Qasımova artıq rayonun
hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Cinayətlə bağlı
araşdırmalara başlanılıb. Rayon prokurorluğundan verilən məlumata görə,
76 yaşlı qadın ilkin istintaqa verdiyi ifadəsində təqsirini boynuna
alaraq, ərini münaqişə zəminində, küt alətlə başına vurmaqla qətlə
yetirdiyini etiraf edib.

aktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.        

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3414

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930