“Dəli Kür”dəki Şamxal reanimasiyada: vəziyyəti ağırdır

07.10.2015 - 13:07

samxalAzərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyev xəstəxanaya yerləşdirilib.

Bu barədə “Report”a kinorejissorun ailəsindən məlumat verilib.

Həkimlər kinorejissor Fikrət Əliyevin vəziyyətinin orta-ağır olduğunu bildirib.

Reanimasiya şöbəsinə yerləşdirilən rejissorun yanına ailə üzvlərindən başqa heç kim buraxılmır.

Xatırladaq ki, Fikrət Əliyev 1939-cu il dekabrın 12-də Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir.

“Qızıl uçurum”, “Qoca palıdın nağılı”, “Yuxu”, “Axırıncı dayanacaq” bədii filmlərinin və onlarla “Mozalan” satirik jurnalı üçün çəkilən qısametrajlı filmlərin rejissorudur. Görkəmli kinorejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Dəli Kür” bədii filmində Şamxal rolunu ifa edib.

Fikrət Əliyevin çəkdiyi sonuncu bədii film “Axırıncı dayanacaq” adlanır. Film qocalar evində yaşayan insanların həyatından bəhs edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34157

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031