Nazirliyin vəzifəli şəxsinə cinayət işi açıldı

08.10.2015 - 16:09
ktnKənd Təsərrüfatı Nazirliyinin (KTN) vazifəli şəxsinə qarşı cinayət işi açılıb. Baş prokurorluqdan Bizimyol.info saytına daxil olan məlumata görə, KTN Dövlət Maşın Sınaq Stansiyasının fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov və digər vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmələrində, bundan başqa müəssisədə faktiki işləməyən şəxslərin adlarına əmək haqqları yazılması, tariflərin düzgün tətbiq edilməməsi və saxta qaimələrin tərtib edilməsi yolu ilə 221.0 min manat məbləğində pul vəsaitlərini mənimsəyərək israf etməklə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=34312

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930