Bakıda səfirlik maşınına hücum edildi

03.11.2015 - 14:18

hucumLiviyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobilə hücum edilib.

Musavat.com xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

M.Naxçıvani küçəsində yaşayan və Liviya səfirliyində müşavir işləyən Liviya vətəndaşı 1973-cü il təvəllüdlü Mohammed Nvara Səlim polisə müraciət edərək, maşınına hücum edildiyini bildirib.

Səfir müşaviri bildirib ki, evinin qarşısında saxladığı səfirliyə məxsus “Toyota Land Cruiser” markalı avtomobilə hücum edilib. Maşının yük yerinin arxa şüşəsi sındırılıb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=37390

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728