Oqtay Şirəliyev 11 obyekti bağlatdırdı
Səhiyyə Nazirliyi gigiyenik qaydalara riayət etməyən 29 müəssisəni cəzalandırıb.
Nairlikdən verilən məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 219 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən edilib.
Şadlıq evləri və iaşə müəssisələrindən 885 yaxma götürülmüş, yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=37562