Azərbaycanda qadın məktəb direktoru öldürüldü

04.11.2015 - 12:34
bicaqAğsu rayonunda qətl törədilib.
Lent.az-ın məlumatına görə, Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu keçmiş həyat yoldaşı, 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızını bıçaqlayaraq qətlə yetirib.
Bildirilir ki, K.Şirinovla E.Eyyubova 3 il əvvəl boşanıb. Onların nikahından 2 azyaşlı körpəsi qalıb.
Boşandıqdan sonra onlar arasındakı münasibətlərdə gərginlik davam edib. Hətta E.Eyyubova keçmiş həyat yoldaşının aliment ödəməməsinə görə məhkəmə qarşısında iddia qaldırıb və məhkəmənin hökmü ilə 32 yaşlı Kabus 20 sutka müddətinə inzibati həbsə məhkum edilib.
Oktyabrın 21-də həbsdən çıxan Kabus yenidən qonşu kəndə, keçmiş həyat yoldaşının evinə gedib. Uşaqlarını görmək üçün E.Eyyubovanın evinə gedən K.Şirinov burada onunla dalaşıb və münaqişə zəminində bıçağa əl atıb.
Qeyd edək ki, qətlə yetirilən qadın rayonun Hacıqədirli kəndində yerləşən 4 illik orta məktəbin direktoru imiş və həmin məktəbdə ibtidai sinif müəllimi işləyirmiş.

Short URL: http://www.cumhuriyyet.net/?p=37565

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728