Azərbaycanın Belarusdakı səfirliyinin tikintisində fəhlələrə “atıblar”

11.11.2015 - 11:46

belarus2Azərbaycanın Belarusdakı səfirliyinin binasının tikintisi ətrafında qalmaqal baş verib.

Virtualaz.org xəbər verir ki, binanın tikintisində işləyən fəhlələr pullarını ala bilmir və iş məhkəməyə gedib çıxıb. Bu gün Minsk şəhərinin Sovetsk rayon məhkəməsi inşaatçılar Mixail Martinkeviçin və Aleksandr Sosnovskinin “Veles Master” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiasına baxacaq. İnşaatçılar deyir ki, şirkət onlara çatacaq 28 milyon rubldan cəmi 8 milyonunu ödəyib.

Belarus mənbələri xəbər verir ki, əhvalat bu ilin yanvarında başlayıb. Yanvarın 26-da fəhlələrlər Azərbaycanın Belarusdakı səfirliyinin binasında təmir-tikinti işlərinin aparılması üçün müqavilə bağlanıb. İşlər bir ay ərzində tamamlanmalı idi. Lakin materiallar vaxtlı-vaxtında çatdırılmadığına görə obyektdə iş may ayına qədər ləngiyib, obyekt özü isə ancaq iyun ayında təhvil verilib.

Podratçı şirkət fəhlələrlə əmək haqqının bir hissəsini ödəyəndən sonra bildirib ki, qalan 19 milyon rublu sifarişçi-Azərbaycanın Belarusdakı səfirliyi obyektin tikintisinə görə nəzərdə tutulan vəsaiti hesaba köçürəndən sonra ödəyəcək. Səfirlik obyekti təhvil alıb, ancaq buna baxmayaraq podratçı şirkət pulları ödəməyib. Podratçı şirkət bildirib ki, nəzərdə tutulan işlər vaxtında və keyfiyyətlə görülmədiyindən sifarişçi pulları ödəmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=38616

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728