Radikal dindarlar Qənimət Zahidin qardaşını bıçaqladı – BELÇİKADA
Hafta.az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında hazırda Belçikada yaşayan tanınmış satirik şair və publisist Mirzə Sakit dini radikallar tərəfindən bıçaqlanıb.
Onun Brüsseldən yaşadığı Gent şəhərinə qayıdarkən hücuma məruz qaldığı bildirilir. Verilən məlumata görə, o, bir neçə uzun saqqallı radikal islamçı qruplaşmanın bıçaqlı hücumuna məruz qalıb. Mirzə Sakit dərhal ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Savash.org xatırladır ki, Mirzə Sakit “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=38624