MTN generalının restoranından çıxdı, intihar etdi…

12.11.2015 - 13:13

mtnNoyabrın 10-dan 11-nə keçən gecə Bakının Coradil kəndindəki dənizkənarı ərazidə, MTN generalı Nizaməddin Həmidova məxsus Abşeron Marina restoranının yaxınlığında intihar hadisəsi baş verib. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbə, intihar edən şəxsin dövlət məmuru olduğu və Abşeron-Marinadan çıxandan sonra, restoranın yaxınlığında intihar etdiyini bildirib.
Mənbənin məlumatına görə, sabiq MTN rəhbərliyinin tez-tez baş çəkdiyi, iş adamları və dövlət məmurlarına “racon” kəsildiyi bu restoran, həm də gizli sövdələşmələr, alqı-satqı məkanı olub. Xüsusilə də, işə düzəlmək, iş yerini başqa yaşayış məntəqəsinə dəyişmək, vəzifə piramidasının zirvəsinə doğru yol almaq üçün sabiq MTN rəhbərliyinə milyonlarla manat miqdarında pul verən çoxlu sayda insan, komandanın bir göz qırpımında bayıra atılması ilə çıxılmaz vəziyyətə düşüb. Onların bir çoxu verdikləri pulu geri almaq üçün səy göstərir ki, saysız-hesabsız şikayətçinin mövcudluğu fonunda bu səylərin nəticə verəcəyi o qədər də real görünmür. Coradil çimərliyi sahilindəki intihar edən şəxsin də, verdiyi pulu geri ala bilmədiyinə görə intihar edə biləcəyi istisna olunmur.

Short URL: http://www.cumhuriyyet.net/?p=38855

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728