“Torqovı”da məşhur restoranın oturacaqları götürüldü, sahibi polisə aparıldı

12.11.2015 - 14:04

tarqoviNizami küçəsində yerləşən “Shaurma N-1” restoranının küçədəki oturacaqlarının Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin əməkdaşları tərəfindən yığışdırılması tələbi anlaşılmazlıq yaradıb.

Virtualaz.org saytının əməkdaşı xəbər verir ki, rəhbərlik və işçilər restoranın çöldəki oturacaqlarının yığışdırılmasına mane olub.

Restoranın inzibatçısı Zaur Dərziyev virtualaz.org saytına açıqlamasında bildirdi ki, departament tərəfindən bu barədə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib: “Bizim obyektin çöldəki oturacaqları iki ildən çoxdur ki, yığışdırılıb. O vaxt departamentdən bizə bildirilmişdi ki, prezidentin göstərişi ilə küçə ticarəti qadağan olunub. Biz də etiraz etməmişdik. Prezident İlham Əliyevin bir müddət əvvəl sahibkarlara mane olmamaq barədə göstəriş verməsindən sonra biz də yenidən oturacaqları yenidən bərpa etdik. Çünki biz də sahibkarıq. İndi isə işimizə mane olurlar”.

Restoranda çalışan işçilər də bu vəziyyətdən şikayətləndi: “Başqa yerdə heç birimizi işə götürməzlər, amma burada iş tapmışıq, çörəkpulumuzu qazanırıq. Ona da imkan vermirlər. Evimizdə ailəmiz var. Necə dolanaq?”

Departamentin özünü təqim etməyən əməkdaşı yalnız onu dedi ki, restoranın küçədəki fəaliyyəti qanunsuzdur.

Obyektin inzibatçısı da dedi ki, onlar fəaliyyətlərini rəsmiləşdirmək üçün departamentə dəfələrlə müraciət ediblər, amma onları heç kim qəbul etməyib.

Uzun mübahisələrdən sonra restoranın oturacaqları yığışdırıldı. Restoranın inzibatçısı Z.Dərziyev polisə müqavimət göstərmək ittihamı ilə Səbayel RPİ 22-ci polis bölməsinə aparıldı. Restoranın isə 80 manat məbləğində cərimə olunması barədə akt tərtib olundu.

Short URL: http://www.cumhuriyyet.net/?p=38881

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930