Gömrükdə əməliyyat – Həbs edilənlər var

12.11.2015 - 15:10

gomrukİrandan gələn Azərbaycan vətəndaşı narkotiklə yaxalanıb.

Cümhuriyyət.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, Əkbər Məmmədova məxsus sellofan torbanın içərisindəki plastik qabda 1500 ml həcmində metadon məhlul aşkarlanıb.

O, Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda saxlanılıb.

İrandan gələn digər Azərbaycan vətəndaşı Əhməd Məmmədova məxsus sellofan torbada olan və üzərində “20 Eff. Tablets VİTAMİN C” sözləri yazılmış dərman qutusunda isə 99 ədəd həbdən ibarət metadon preparatı aşkar edilib.

Beləliklə, bir qəbildən olan malın digər şəklə salınaraq gömrük nəzarətindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=38928

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930