«Miqalkalı» maşının sürücüsü yol polisinə «Yol ver» dedi,aləm qarışdı – VİDEO

12.11.2015 - 15:35
polisBakıda qəribə olay baş verib
Bakının Yasamal rayonunda – «Sovetski» kimi tanınan ərazisində qəribə olay baş verib. Orxan Fərəcov adlı oxucunun Avtosfer.az-a verdiyi məlumata görə, təxminən saat 20:00 radələrində «Sovetski»də 10-dan çox polis əməkdaşı üzərində sayrışan işıqları olan və Rusiya Federasiyası dövlət nömrə nişanlı avtomobilin önünü kəsiblər. Bir neçə YPX və PPX avtomobilinin toplandığı həmin ərazidə sıxlıq yaranıb. Polis əməkdaşları sürücüyə yaxınlaşaraq nəsə danışıblar və bir qədər sonra həmin sürücü sərbəst şəkildə hərəkəti davam etdirib. Ətrafdakıların dediyinə görə, sürücü yol polisindən ona yol verməyi tələb edərkən yol polisi «sən kimsən ki, mən sənə yol verim» deyərək avtomobilin arxasınca düşüb. Sonra isə əlavə olaraq bir neçə polis əməkdaşı hadisə yerinə cəlb edilib və bundan sonra həmin avtomobili saxlayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=38943

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728