Əməkdar artist xəstəxanaya yerləşdirildi

13.11.2015 - 11:03

elesgerƏməkdar artist Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirilib. Noyabrın 12-də günorta saatlarında təzyiqdən əziyyət çəkən aktyorun səhhəti pisləşib.

Ə. Məmmədoğlu Binəqədi şəhər Xəstəxanasına yerləşdirilib. İlkin müayinə və müalicələrdən sonra aktyorun vəziyyəti stabilləşib və onun bu gün axşam xəstəxanadan evə buraxılması nəzərdə tutulub. Qeyd edək ki, Ə. Məmmədoğlu (09.02.1946) 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), “Tehran -43” (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. (APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=38984

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728