Ağcabədidə Şahin Məmmədovun min tonluq dizel əməliyyatı

16.11.2015 - 00:29

aqcabedi2Son vaxtlar cumhuriyyət. az olaraq Ağcabədi rayonunda baş verənlər haqqında kifayət qədər materiallar dərc etmişik. Ağcabədi rayonundakı məlumatlı mənbəmiz yenidən son baş verənlər haqqında yeni material yazısı göndərdiyinə görə, onu dərc etmək öhdəliyimizə əməl edərək, diqqətli oxucularımızın mühakiməsinə təqdim edirik. Axı KİV bütün tərəflərin qarşısında ona cavab vermək öhdəliyinə malik bir qurumdur.

Məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə,  Ağcabədi rayon su idarəsinə yeni təyin olunmuş rəis Mirzəyev Malik Vəli oğlu rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovla eyni kənddəndirlər. Eyni zamanda Şahin Məmmədovun əmisi oğlu Əzən Məmmədovun qızının həyat yoldaşıdır. Əlavə olaraq qeyd edirəm ki, bu şəxslərin hazırda həbsdə olan rabitə və informasiya texnologiyaları nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla yaxın dostluq əlaqəsi olub.

Ağcabədi rayon subartezian istismarı idarəsinə təyin olunmuş Əli Əliyevin 67-yaşı var. 1997-ci ildə Cəfərbəyli istehsalat koperativində işləyərkən külli miqdarda mənimsəməyə yol verdiyinə görə 9-ay həbsdə yatıb. Son 6-ildə mənimsəmə kimi göründüyü 5- milyon manatdan artıq dövlət büdcə vəsaitinin hesabı onunla kəsilməyibdir. Son 6-7 ildə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun illik hesabatında göstərilən 3500-km dən artıq göstərilən su kanallarının təmizlənmədiyi halda həmin məqsəd üçün ayrılmış maliyyə vəsaitlərinin hesabı aparılmayıb. 2014-cü ildə Bərdə neft bazasından götürülməmiş 1165 ton dizel yanacağı rəsmiləşdirilmiş, lakin həmin 1165 ton yanacağın pulu köçürülmüş və sənədləşdirilmişdir. Ancaq həmin yanacaq Ağcabədi rayon su idarəsinə gətirilməmişdir. Əvəzində tərəflər nəğd pulla hesablaşmışlar. Ağcabədi rayonunda ictimaiyyət arasında gəzən söz-söhbətə görə milli təhlükəsizlik nazirliyində 2015-ci ilin əvvəllərində bu məsələ ilə bağlı araşdırma aparılıb, ancaq sonradan bu məsələ ört-basdır olunmuşdur. Bütün bu məlumatlar barədə respublikanın baş prokuroru cənab Zakir Qaralovun rəsmi məlumatı vardır deyə mənbə bildirir. Mənbə qeyd edir ki, bütün bu faktlara rəğmən Əli Əliyev haqqında heç bir tədbir görülməyib, əksinə onun vəzifəsi qaldırılıb.
Mövzunu diqqətdə saxlayacayıq. Yazıda adları çəkilən bütün şəxslərin fikirlərini dinləyib dərc etməyə hazırıq.
Elçin İsmayıllı . Cumhuriyyət. az

Short URL: http://www.cumhuriyyet.net/?p=39175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31