Bakıda aksiya: Polis maaşını tələb edən 200-dək fəhlənin qarşısını kəsib

17.11.2015 - 13:54

aksiyaVirtualaz.org saytının hazırda aksiya məkanında – “Azərinşaat” şirkətinin inzibati binasının həyətində olan müxbiri xəbər verir ki, 200-dək fəhlə toplaşaraq etirazlarını davam etdirir.

Polis şirkətin binasının qapısı ağzında dayanıb, fəhlələrin şirkətin həyətini tərk etməsinə imkan vermir. Fəhlələr isə artıq küçəyə çıxaraq yürüş keçirməkdə israrlıdır.

İşçilər virtualaz.org saytının müxbirinə bildiriblər ki, şirkət rəhbərliyi onları aylardır aldadır: “Neçə aydır bizə söz verirlər, maaş isə yox. 6 aydır evimizə çörəkpulu apara bilmirik”.

Onların sözlərinə görə, şirkətin ümumən 1000 nəfərədək işçiyə üst-üstə 2 milyon manatdan çox borcu var.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=39626

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728