Azərbaycan Rusiya təyyarəsini öz hava məkanına buraxmadı – AUDİO

18.11.2015 - 11:35

teyyare2Noyabrın 15-də Rusiyanın Hərbi kosmik qüvvələrinin An-124 “Ruslan” ağır nəqliyyat təyyarəsi Ermənistanın Gümrü aerodromundan havaya qalxıb, çox güman ki, o, Rusiyaya uçurdu.

Amma təyyarə havaya qalxdıqdan bir müddət sonra geri dönməli olub, belə ki, Azərbaycan təyyarəyə öz hava məkanına daxil olmağı qadağan edib.

Oxu.az xəbər verir ki, bu barədə məlumat aviasiya bloqu mil_avia-da yerləşdirilib.

Bloqun dərc etdiyi materiala təyyarənin pilotunun Gümrü aeroportunun dispetçeri ilə radio-danışığının yazısı da əlavə edilib.

Pilot “Azərbaycanın hərbi sektoru zonaya daxil olmağı qadağan etdiyi üçün” havaya qalxdığı aerodroma qayıtmaq məcburiyyətində olduğunu söyləyib.

Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir, onun maddi-texniki təminatı əsasən hava yolu ilə təmin edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=39814

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930